Ərdoğan Liberiya Prezidenti ilə görüşdü Dünya

Ərdoğan Liberiya Prezidenti ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liberiya Prezidenti Cozef Nyuma Boakai Joseph Nyumah Boakai ilə görüşüb.

Görüşdə Türkiyə-Liberiya ikitərəfli münasibətləri və regional məsələlər müzakirə olunub.

Ərdoğan bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin potensialından səmərəli istifadə etmək üçün müvafiq addımların atılmasının davam etdirilməsi faydalı olacaq.

Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, Liberiya ilə müdafiə sənayesi, təhlükəsizlik, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

Prezident Ərdoğan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə Liberiya Prezidenti Boakaini təbrik edib.