Portuqaliya millisini Xorxe Jesus çalışdıracaq İdman

Portuqaliya millisini Xorxe Jesus çalışdıracaq

Portuqaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Portuqaliya Futbol Federasiyası Xorxe Jesusun yığmanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.

71 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. Jesus Portuqaliya millisini AVRO-2028 və 2030-cu il dünya çempionatına hazırlayacaq.

Təcrübəli çalışdırıcının son iş yeri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu olub. O, 2025/26 mövsümündə komandanı ölkə çempionu edib.

Qeyd edək ki, Portuqaliya DÇ-2026-da 1/8 finala qədər irəliləyib. Komanda bu mərhələdə İspaniyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bundan sonra Roberto Martines baş məşqçi postundan istefa verib.