Qətərli vasitəçilər İrana gəliblər
10 İyul 16:43
10 İyul 16:43
10 İyul 15:54
09:33
616
Rusiya ordusu iyulun 11-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə hava zərbələri endirib.
Ukrayna Fövqəladə Hallar Xidməti hücum nəticəsində 10 nəfərin yaralandığını, onların arasında 11 yaşlı uşağın da olduğunu açıqlayıb.
Hücum zamanı Solomyanski rayonunda üçmərtəbəli ofis-anbar binasında, Dneprovski rayonunda isə anbar sahəsində yanğın baş verib.
Darnitski rayonunda raket yolun hərəkət hissəsinə düşüb, işıqforları idarə edən elektrik yarımstansiyası yanıb, yaxınlıqdakı yaşayış binalarının pəncərələri sınıb.
Yanğınlar söndürülüb, zədələnmiş ərazilərdə xilasetmə işləri davam etdirilir.