Qətərli vasitəçilər İrana gəliblər
10 İyul 16:43
10 İyul 16:43
10 İyul 15:54
09:35
595
"KİV müstəmləkəçik və dekolonizasiya prosesi ilə bağlı qlobal məlumatlılığın artırılması istiqamətində göstərilən səylərdə əvəzsiz rol oynayıb".
APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, son üç il ərzində BTQ müstəmləkəçilik və dekolonizasiya barədə qlobal məlumatlılığın artırılması istiqamətində mühüm irəliləyişə nail olub.
Abbas Abbasov vurğulayıb ki, jurnalistlərin peşəkarlığı, məsuliyyəti və fədakar fəaliyyəti qlobal məlumatlılığın artırılmasında həyati əhəmiyyət daşıyır.
"Sizin peşəniz yüksək fədakarlıq və dürüstlük tələb edir. Bu, çox vaxt yüksək təzyiq və sıx vaxt qrafiki şəraitində çalışmanı tələb edən dinamik və məsuliyyətli sahədir. İctimaiyyətin məlumatlandırılması və cəmiyyətlərin düzgün informasiya ilə təmin edilməsində həlledici rol oynayan peşəkarlığınızı, işinizə sadiqliyinizi və məsuliyyətinizi yüksək qiymətləndiririk", – deyə BTQ icraçı direktoru qeyd edib.
10 İyul 21:27
1 617
10 İyul 20:00
1 757
10 İyul 18:36
1 407