Növbəti amnistiya aktı gözlənilir Siyasət

Növbəti amnistiya aktı gözlənilir

Mehriban Əliyeva Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib. Bu barədə Milli Məclisin I vitse-spikerti Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, amnistiya aktının 10 min məhkumu əhatə edəcəyi gözlənilir. Bu təşəbbüs nəticəsində 3500 məhkum azadlıqdan məhrum etmə yerlərindən azad olunacaq. Mehriban Əliyevanın müraciətinə baxılması üçün Milli Məclis mayın 20-də iclas keçirəcək. Bu, Azərbaycanın birinci xanımının amnistiya aktı ilə bağlı 4-cü müraciətidir.
Xatırladaq ki, millət vəkili Mehriban Əliyeva parlamentə "Amnistiya aktı haqqında" qanun lahiyəsinin qəbul olunması ilə bağlı müraciətinin Milli Məclisin mayın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.