"Ermənistan adlanan ölkə terror yuvası, rəhbərləri isə terrorçudurlar" Siyasət

"Ermənistan adlanan ölkə terror yuvası, rəhbərləri isə terrorçudurlar"

Bunu “Xaql Cəbhəsi” qəzetinə açqılamasında İspaniya Azərbaycanlıları Birliyinin sədri, Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə nümayəndəliyinin rəhbəri Vahid İmanov bildirib.

Onun sözlərinə görə, nəinki İspaniyada, eləcə də Avropanın digər şəhərlərində keçirdikləri tədbirlərdə, görüşdükləri avropalılara ermənilərin terrorçuluğundan, Azəraycanın ərazilərini işal edib, dinc əhaliyə qarşı soyqırım siyasəti həyata keçirdiklərindən danışılıb, özü də faktlarla: “Tarixən ermənilər xain, xəyanətkar bir toplum olublar. Bu gün tarixi Azəraycan torpaqlarında özlərinə “dövlət” quran ermənilər hər zaman terrora dəstək olublar. Müxtəlif terror qruplaşmaları yaradıblar. Uzağa getməyək, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər terror təşkilatları fəallarına lazımi maliyyə dəstəyi göstəriblər. 1983-cü ilin iyun ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insanın yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilən terrorçu V.Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilib. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapıb. Məşhur terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmanın rəhbəri, 1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunan M.Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlib, terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağa göndərilib və Xocavənd döyüşlərində məhv edilib. Ermənilərin dünyanın müxtəlif ölkələrində türklərə qarşı terror siyasəti həyata keçirdikləri faktdır. O da bir faktdır ki, erməni terrorçuları Livanda təlim keçiblər”.

V.İmanov erməni terrorunun 1992-ci ildə Xoicalı soyqırımı ilə davam etdiyini deyib. Onun fikrincə, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi terror siyasətinə dünya birliklərinin göz yumması, terror, terrorçuluğa dəstək kimi qiymətləndirilməlidir. Diaspor sədri onu da qeyd edib ki, terror siyasəti yürüdən ölkənin rəhbərləri də heç vaxt azad fikirli, humanist, sülhpərvər ola bilməzlər: “Yaxın tariximizə nəzər salaq, işğalçı Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Suriyada doğulub. 1988–ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olub.

1988-ci ilin dekabrında "Qarabağ komitəsinin" digər üzvləri ilə birlikdə Ter-Petrosyan da həbs olunur, onları kütləvi iğtişaşların təşkilində və milli ayrıseçkiliyin təbliğində ittiham edilib.

Ondan sonra Robert Köçəryanın birinci prezidentliyi dövrü 1999-cu ildə Ermənistan Parlamentində baş verən terror hücumu ilə yadda qaldı. 27 oktyabr 1999-cu il tarixində hökumət tərəfindən sual-cavab iclası keçirilərkən jurnalist və keçmiş EİF üzvü Nairi Hunanyanın rəhbərliyi altında uzun paltolarının içərisində gizlədilən Kalaşniov AK-47 avtomatları ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına girdi. Onlar səkkiz nəfəri güllələyərək öldürdülər. Terror zamanı parlamentin spikeri Karen Dəmirçiyan, Ermənistanın Baş naziri Vazgen Sərkisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abramyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan güllələnib. Koçaryan da 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı Miatsum hərəkatına qoşulub və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilib.

Köçәryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib.

Robert Köçəryan digər şəxslərlə əvvəlcədən əlbir olaraq konstitusiya quruluşunu devirməktə ittiham olunub və bu iş üzrə 2018-ci ilin dekabrında həbs olunub. O zaman prezident seçkilərinin nəticələrini tanımayanların nümayişi zorakılıqla dağıdıldığı zaman silah tətbiq olunmuş, iki nəfəri hüquq-mühafizə orqanlarının nümayəndələri olmaqla 10 nəfər həlak olub. Söhbət 2008-ci il hadisələrindən gedir. O zaman, prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının təşkil etdiyi aksiyalar davam edirdi. Onlar liderlərinin qalib olduğuna əmin idilər və seçki nəticələrinə yenidən baxılmasını tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermə nəticələrinə əsasən, Serj Sarqsyanı qalib elan etmişdi.
Nümayişin dağıdılmasında silah tətbiq olunmuş, 10 nəfər həlak olmuşdu.

Köçəryandan sonra Ermənistanda hakimiyyətə Serj sSrkisyan gəldi. Bu adam da 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. Bu gün isə işğalşı ölkənin başında Paşinyan durur. Həbsdə olan bu adam inqilab yolu ilə hakimiyyəti ələ keçirib. Paşinyan da Ermənistanda Qarabağ hərəkatı zamanı 1988-ci ildə tələbə etirazları, yürüşləri və nümayişlərini təşkil edib. Fikir verin, bu şəxslərin heç biri nə ölkəsinə, nə də ermənilərə bir xeyir gətirib. Həbsdə olublar, insanların itkisi üzərindən hakimiyyəti ələ keçiriblər. Azərbaycanlılara qarşı vuruşublar, təbii ki, heç biri dövləti demokratik yolla idarə edə bilməzdilər. Çünki təfəkkürlərində terror, işğalçılıq siyasəti hopub. Ölkə büdcəsinin çox hissəsi xaricdəki erməni terror təşkilatlarından əldə edilən vəsaitdir. Həmin terror təşkilatlarına birbaşa Ermənistan və onun rəhbərləri, xaricdəki diaspor təşkilatları himayə edirlər”.

V.İmanovun fikrincə, dünya birlikləri, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini, azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətini, eyni zamanda Ermənistanda hakimiyyətə qurbanlar bahasına gəldiklərini gördükləri halda susmaları, terrora və terrorçuya dəstək kimi qəbul edilməlidir: “Bununla bağlı biz öz etiraz səsimizi həmişə ucaltmışıq və ermənilərin işğalçılıq, terror siyasətini ifşa etmişik, təmsil olduğumuz ölkədən buna siyasi və hüquqi qiymətin verilməsini tələb etmişik. Avropa Şurası İnsan haqları Məhkəməsinə, İspaniya Xarici İşlər Nazirliyinə rəsmi müraciətlər də etmişik. Biz Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan Prezidentinin tutduğu mövqeyi dəstəkləyir və ona inanırıq. Ümid edirik ki, Prezidentimiz İlham Əliyevin qətiyyəti və müdrikliyi nəticəsində işağl olunan bütün torpaqlarımız geri qaytarılacaq. Amma ermənilərin işğalçılıq siyasətlərini ifşa etməkdə və dünya birliklərinin diqqətini bu istiqamətə yönlənməsinə nail olmaq üçün güclü iş aparmalıyıq. Harada olmağımızdan asılı olmayaq dövlətimizə, millətimizə xidmət etmək azərbaycanlı kimi borcumuzdur”.
Cavid