Saakaşvilinin anasına məxsus Gürcüstan Universiteti ilə bağlı istintaq başlayıb Dünya

Saakaşvilinin anasına məxsus Gürcüstan Universiteti ilə bağlı istintaq başlayıb

Gürcüstanın Texniki Universitetinin (GTU) rektoru Davit Qurgenidzenin müraciəti əsasında “Gürcüstan Universiteti” ilə bağlı istintaqa başlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

İstintaq GTU-ya məxsus əmlakın vəzifə səlahiyyətlərindən istifadə edilməklə qanunsuz mənimsənilməsi faktı ilə bağlı aparılır.

Davit Qurgenidze müraciətində bildirib ki, GTU-nun istifadəsində və mülkiyyətində olan daşınmaz əmlak (torpaq sahəsi, ona bitişik binalar və idman meydançaları) qanunsuz olaraq özəlləşdirilib.

Faktla bağlı istintaqı Gürcüstanın Baş Prokurorluğunun Korrupsiyaya qarşı mübarizə Departamenti aparır.

Qeyd edək ki, Gürcüstan Universiteti Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası Giuli Alasaniyaya məxsusdur. 2004-cü ildə təsis edilmiş universitet Gürcüstanın ən böyük özəl ali məktəblərindən biridir. Universitetin kampusu GTU-nun Tbilisidəki korpusunun yaxınlığında yerləşir.