

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Qazaxıstanda Beynəlxalq Türk Akademiyasında Qarabağ haqqında qazax dilində kitabların təqdimatı keçirilib.
Bu barədə hazırda Qazaxstanda səfərdə olan Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Təqdimat mərasimində deputatlar, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, türk dünyasının tanınmış yazarları, araşdırmaçıları, Qırğızıstanın Qazaxıstandakı səfiri, Türkiyə səfirliyinin nümayəndəsi iştirak edib.
Həmçinin təqdimat mərasiminə Azərbaycandan deputat Qənirə Paşayeva, Özbəkistandan, Qırğızıstandan nümayndələr onlayn qaydada qoşulub. Təqdimat mərasimində iştirakçılar çıxışlar edrək kitabların vacibliyini, türk dünyanın məlumatlandırılması baxımından əhəmiyyətini qeyd ediblər.