Avropada təbii qazın qiyməti 720 dollara yaxınlaşıb İqtisadiyyat

Avropada təbii qazın qiyməti 720 dollara yaxınlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 720 ABŞ dollarına yaxınlaşıb.

“APA-Economics” xəbər verir ki, 12 avqust tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 719,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (700,9 dollar) ilə müqayisədə 2,7% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.