10:38
427
İndoneziya hakimiyyəti Cakarta və Vaşinqton arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşmalar fonunda ölkə ərazisində Amerika hərbi bazasının yaradılması imkanını istisna edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Asiya respublikasının Müdafiə naziri Şafri Şamsuddin bəyan edib.
"ABŞ ilə müdafiə əməkdaşlığının inkişafı İndoneziyada Amerika hərbi bazasının yaradılmasına yönəlməyib", — deyə onun sözlərindən "Jakarta Globe" qəzeti sitat gətirir. Müdafiə idarəsinin rəhbəri qeyd edib ki, iki ölkənin əməkdaşlığı İndoneziyanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönələcək. O əlavə edib ki, söhbət xüsusən də hərbi qulluqçuların təhsili və hazırlanmasından, kadr potensialının inkişafından və hər iki dövlətin silahlı qüvvələrinin uyğunluğunun artırılmasından gedir.
Mart ayında İndoneziya Prezidenti Prabovo Subianto bildirmişdi ki, Asiya ölkəsi öz ərazisində xarici hərbi bazalar yerləşdirməyəcək və heç bir hərbi münaqişədə iştirak etməyəcək.
Məryəm Quliyeva
08:10
609
08:03
630
11 Avqust 17:53
826