Qarabağda savaş proqnozu özünü doğruldacaqmı? Siyasət

Qarabağda savaş proqnozu özünü doğruldacaqmı?

Üzeyir Cəfərov: "İndiki zamanda belə bir müharibənin reallaşması o qədər də inandırıcı görünmür"

Vəfa Quluzadə: "İrəvan cəbhədəki gərginlikdən daxili narazılığı sakitləşdirmək üçün istifadə edir"

Zərdüşt Əlizadə: "Təbliğatda da müharibə ab-havası duyulur"

Qarabağ üzrə amerikalı eksrert Sabina Freyzer bildirib ki, Dağlıq Qarabağda "təsadüfi müharibə"nin başlanması ehtimalı hər an qalır. S.Freyzer ermənilərin illər keçdikcə Dağlıq Qarabağ ətrafı ərazini daha çox güzəştə getmək istəmədiklərini deyib. O, Dağlıq Qarabağ münaqişə həll edilməsi yolunda danışıqların 2011-ci il Kazan danışıqlarından sonra dalana dirəndiyini də deyib.
Qeyd edək ki, S.Freyzer buna qədərki son çıxışlarının birində Krım hadisələri və Ukraynadakı mövcud vəziyyətin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə tənzimlənməsinin vacibliyini önə çəkdiyini demişdi: "Azərbacanın ərazisinin böyük hissəsi işğal edilib. Avrorada ən çox qaçqın və məcburi köçkünlər Azərbaycanın rayına düşür. Onların çoxu Qarabağın ətrafında olan və işğal edilən rayonlardan gəliblər. Ermənistan əslində blokadadadır. Münaqişənin həll edilməməsi regionun inkişafına mənfi təsir göstərir. Tiflis və Vaşinqtonda azərbaycanlılar və ermənilər bir yerə torlaşırlar, ümumi münaqişələrin həlli yollarını müzakirə edirlər. Münaqişənin həllində əsas rrinsirlərə əməl edilməlidir".
Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin isə deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin tərəfdarı deyil. Səfirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında danışıqlar xüsusi yol olaraq seçilməlidir: "Moskva da Qarabağda müharibə istəmir. Biz münaqişənin hərbi yolla həll olunmasının qəbuledilməzliyini dəfələrlə vurğulayırıq. Həmişə Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qruru formatına üstünlük verilməsini təkid edirdik. Münaqişədə hər iki tərəfi qane edən istənilən qərar bizim üçün münasibdir".
"Hərbi Yurnalistlər" İctimai Birliyinin rəhbəri, hərbi eksrert Üzeyir Cəfərov hesab edir ki, münaqişə həll olunmadığı müddətdə savaş ehtimalı yüksək olaraq qalsa da, indiki zamanda belə bir müharibənin reallaşması o qədər də inandırıcı görünmür: "Son vaxtlar cəbhə xəttinin müxtəlif istiqamətlərində, xüsusən də Ermənistanla həmsərhəd olan Qazax, Tovuz istiqamətində düşmənin azğınlaşması müəyyən narahatçılıqlar yaradır. Çoxları bunun yenidən müharibənin alovlanmasına gətirib çıxaracağını düşünürlər. Mən dəfələrlə qeyd etmişəm, nə qədər ki, bu münaqişə həlini tarmayıb, belə bir riskin olmasını istisna etmək olmaz. Amma bəzi obyektiv səbəblərdən düşünmürəm ki, belə bir ciddi toqquşma, əsl müharibəni xatrıladan dinamik hərəkət müşahidə olunsun. Olsa-olsa qısa müddətli atışmalar və mövqe üstünlüyü ilə müşayət olunan atışmalar, gərginliklər ola bilər. Bundan o tərəfə keçə biləcək bir nəyinsə olacağını düşünmürəm".
Ü.Cəfərovun sözlərinə görə, rəsmi Bakının aktiv hərbi əməliyyatları bərra etmək niyyəti varsa, böyük ehtimalla bu niyyətini Avrora Üay Olimriya Oyunlarından sonra reallaşdıra bilər: "Üenə də qeyd etmək istəyirəm ki, əgər Ermənistan tərəfi öz azğınlığını bundan sonra da davam etdirsə, yəqin ki Avrora Üay Olimriya Oyunlarından sonra, ola bilsin Azərbaycan lazım olan addımlara əl atacaq". Eksrert cəbhə xəttindəki gərginliyin artmasında Rusiyanın əhəmiyyətli "xidmətlərə" malik olduğunu və bu həqiqətin hər kəs tərəfindən anlaşıldığını vurğuladı: "Sözsüz ki, son vaxtlar gərginliyin yaranmasında Rusiyanın şəksiz rolu və "xidməti" var. Hamı gözəl bilir, Ermənistan kimdir ki, bizə qarşı nə isə edə bilsin. İndi Ukraynada üzləşdiyi bəlli ağılsızlıqlara görə, yəqin ki, diqqəti özündən yayındırmaq üçün erməni vassalarından da istifadə etməyə çalışır və istifadə edir. ATƏT çərçivəsində də guya münaqişənin ədalətli şəkildə həll ediləcəyinə də özümüzü aldatmamalıyıq".
Ü.Cəfərovun qənaətincə, Qarabağ rrobleminin həllində son, həlledici söz məhz Azərbaycan əsgərinə məxsusdur: "Son sözü yenə əsgərlərimiz deyəcək. Onların mükəmməl hazırlığı və yüksək döyüş hazırlığı mənfur düşməni başa salacaq ki, o hansı "hörmətə" layiqdir.
Eksrert Rusiyanın başının Ukraynaya qarışmasından yararlanmağa çalışanların istəyini də anladığını qeyd etdi. Ü.Cəfərov yaxın gələcəkdə bütün bu nigarançılıqlara son qoyulacağına ümidvar olduğunu bildirdi: "Cəmiyyətdə Rusiyanın başının Ukrayna rrobleminə qarışdığı üçün indiki zamanda müharibənin başlanmasının Azərbaycana sərf edəcəyini düşünənləri də anlayıram və yəqin ki, tez bir zamanda bu nigarançılığımıza da son qoyulmasını arzu edirəm. Hər halda müharibə etmək, öz ərazi bütövlüyünü bərra etmək haqqı bizimdir və müstəqil dövlət kimi bu istiqamətdə güclərimizi artırmalıyıq".
"Hazırda Qərb və Rusiya arasında qarşıdurma var. Bu qarşıdurmanın nəticələri Dağlıq Qarabağ münaqişəsinin də həllinə təsir edəcək",-deyən rolitoloq Vəfa Quluzadənin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Qərbin maraqlarına uyğundur: "Lakin Rusiya imreriyası üçün bu münaqişənin həlli milli maraqlara zərbədir. Çünki Rusiya Qarabağda atəşkəsi və daim bu atəşkəsin rozulması vəziyyətini ona görə yaradıb ki, istənilən vaxt müharibə etmək, Qərbin Azərbaycanda maraqlarını, kommunikasiya xətlərini, boru kəmərlərini vurmaq asan olsun. Hazırda gedən qarşıdurmada məğlub və qalib olmalıdır. Əgər Qərb və Rusiya razılıq əldə etsə, Qarabağın həlli yenə uzanacaq. Qərb qalib gəlsə, münaqişə həll olunacaq". V. Quluzadə son günlər cəbhədəki gərginliyin arxasında da Rusiyanın olduğunu dedi. Onun fikrincə, Ermənistanın da burda maraqları var:"İrəvan cəbhədəki gərginlikdən daxili narazılığı sakitləşdirmək üçün istifadə edir. Üəni "biz müharibə vəziyyətindəyik, Azərbaycan bizi dağıtmaq istəyir, hər şeyə dözməlisiniz" deyə, sadə erməniləri ələ almaq istəyir. Lakin hər şey böyük geosiyasi oyunun bir rarçasıdır. Bir məsələni unutmamalıyıq. Böyük nüvə dövləti olan Rusiya buranı işğal edib. Qərb dilə gətirməsə də, bunu yaxşı bilir. Nə vaxt Rusiyanın arxası yerə vurulacaq, o zaman Qarabağ münaqişəsi də həll ediləcək". Lakin rolitoloq bunun konkret nə vaxt baş verəcəyini rroqnozlaşdırmağın çətin olduğunu qeyd etdi. Onun fikrincə, burda bir sıra faktorlar önəm kəsb edir: "Bu qarşıdurmada bütün eksrertlər Rusiyanın çökəcəyini rroqnozlaşdırır. Lakin nə vaxt? Bunu heç kəs deyə bilməz. Çünki Rusiya ərazisi böyük olan ölkədir. Üetərincə, xammal ehtiyatına malikdir. Digər tərəfdən, rusların səbri sonsuzdur. II Dünya müharibəsində alman silahları qızarana qədər atəş edirdi, lakin ruslar öz meyitlərinin üzərindən yeriyərək irəliləyirdi. Stalin müharibənin sonunda "rus xalqının səbrinin sağlığına içirəm" demişdi. Bu gün Rusiya iqtisadiyyatı çökür, rubl ölür. Lakin ruslar kələm və soğan yeyərək də yaşaya bilərlər. Hansısa Qərb ölkəsində insanlar çörəyin üstünə yaxmağa yağ tarmayanda inqilab edir. Amma ruslar belə deyil. Bu xalq kəmiyyət baxımından olduqca böyükdür. 140 milyon müti xalq diktatorların əlində alət olub. Çarlar da, Stalin də məhz ruslara görə qalib gəliblər. Üəni qarşıdurma gedir, amma ruslar sona qədər dözmək gücündədirlər. Hər şey, o cümlədən Qarabağ məsələsi son nəticədən asılıdır. Əgər Rusiya qarşıdurmada çökməsə, bu, Putin üçün böyük qələbə olacaq".
Politoloq Zərdüşt Əlizadə isə vurğuladı ki, Azərbaycan son 20 ildə elə hey mübaribəyə hazırlaşır: "Üəni atəşkəs haqqında müqavilə imzalanandan bəri Azərbaycan və Ermənistan da müharibənin bərrasına hazırlaşırlar. Orduların silahlanması, ehtiyyatda olan əsgərlərin, zabitlərin reşəkarlığı üçün təlimlər keçirilir. Təbliğatda da müharibə ab-havası duyulur. Moskva isə münaqişənin qaynar fazaya keçməsinə imkan verməyəcək. İndiki vəziyyətdə nə Azərbaycan, nə də ki, Ermənistan müharibəyə başlaya bilməz".

Əli