Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Almaniya keçmişini unudurmu?

Almaniya keçmişini unudurmu? Dünya

Almaniya keçmişini unudurmu?

Miqrantların axınına qarşı irqçi reaksiya

Cavid

İyun ayında internetdə Almaniyada yerləşən bütün qaçqın mərkəz və sığınacaqlarının ünvanlarını göstərən bir xəritə üzə çıxdı. Google xəritəni internetdən yığışdırsa da, artıq gec idi, boş sığınacaqlardan biri yandırılmışdı. Ötən ay Haydenau şəhərində miqrantlara qarşı etiraz aksiyası keçirilib. Orta əsr Maysen şəhərində neo-nasistlər qaçqınlar üçün yeni təmir edilmiş yaşayış binasına od vurublar. Oxşar hadisələr Brandenburq vilayətinin Nauen, Frankfurt yaxınlığında yerləşən Heppenhaym və Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Vitten şəhərlərində də baş verib, qaçqın mərkəz və sığınacaqlarında, adı çəkilən son şəhərdə isə bir məsciddə yanğın çıxarılıb. "Foreign Policy" yazır ki, bütün Avropa hazırda qaçqın böhranı ilə üz-üzədir, Lakin yalnız qitənin qaçqınlar üçün ən açıq siyasət yeridən Almaniyada sağçı qrupların törətdikləri vəhşiliklər ciddi təhlükə kimi görünür. Saysız-hesabsız hücumlar və qaynayan nifrət 1990-cı illərdən bu yana görünməyən milli mənsubiyyət suallarını qaldırıb. Ölkəyə daxil olan on minlərlə qaçqına kömək etmək üçün hərəkətə keçən almanlar da var, lakin ksenofob zəmində törədilən zorakılıq davam edir və bəziləri qaçqınları sosial-iqtisadi vəziyyətə qarşı təhlükə hesab edirlər. Almaniya rəhbərliyi neo-nasistlərin törətdikləri hücumlar və Almaniyanın ekstremist zorakılığa qarşı gördüyü tədbirlər haqqında aparılan uzun müzakirələrdən hərəkətə keçməkdə gecikdi. Avqustun 5-i xəbər kanalı ARD-nin aparıcısı Anya Reşke Facebook-da beş milyon nəfər tərəfindən izlənilən canlı yayımda insanları internetdə yayılan irqçi nifrət dolu çıxışlara qarşı etiraz etməyə çağırdı. Reşke təkcə neo-nasist qrupları və keçmiş Şərqi Almaniyada çoxlu sayda tərəfdarı olan anti-islam təşkilatı Pegidanın dəstəkçilərini yox, interneti bürüyən nifrət dolu tənqidlərə etiraz etməyən adi almanları və lazımi səviyyədə tədbir görməyən hökuməti də günahlandırdı. Anna Reşke həmin qrupların sözlərindən istifadə edərək dedi: "Əgər bütün qaçqınların məhv edilməsi lazım olan parazitlər olduğunu düşünmürsünüzsə, bunu açıq şəkildə göstərməlisiniz." Onun sözlərinə qarşı reaksiyalar müxtəlif olub, bəziləri tərəfindən dəstəklənib, sağçı və Pegida tərəfdarları tərəfindən isə tənqid edilib. Açıq irqçilik müasir alman cəmiyyətinə xas deyil, lakin mədəniyyəti korlayan "xaricilər"lə bağlı narahatlıqlar həmişə olub. Ötən ay "Duisburg-Essen" universitetindən bir qrup dilçi Almaniya KİV-ni qaçqınları təhlükəli, qeyri-insani kütləyə çevirən dil və görüntülərdən istifadə etməsinə görə qınayan press-reliz buraxıb. Müəlliflər neo-nasistlərin təsvir edilməsi üçün istifadə olunan "sığınacaq əleyhdar və tənqidçiləri" kimi sözlərin və onların zorakı mitinqlərinin "etiraz" və "nümayiş" adlandırılmasının sağçı ekstremistlərə haqq qazandıraraq hər kəs kimi demokratik prosesdə iştirak edən adi bir maraq qrupu kimi qələmə verildiyini qeyd ediblər. Almaniyanın bu il 800 min qaçqın qəbul etməsi gözlənilir. Bu yay törədilən vəhşiliklərdən qorxuya düşən Almaniya vətəndaşları böhranın həll edilməməsində hökuməti günahlandırmağa başlayıblar. Yalnız ötən ayın son iki həftəsi kansler Angela Merkel nəhayət hərəkətə keçdi və ölkədə baş verən zorakılığı açıq şəkildə tənqid etməyə başladı. Onun baş verənlərə aylarla reaksiya verməməsindən qəzəblənən tənqidçilər "Merkelschweigt (Merkel səssiz qalır) və Merkelsagwas (Merkel, bir şey de)" heşteqlərindən istifadə edərək kanslerdən tədbir görməsini tələb etdilər. Almaniyada baş verənlər bir şeyi aydınlaşdırır: almanlar keçmişlərini unudurlar. Soyuq müharibədən sonra dünyaya gəlmiş gənc almanlar artıq yetkinlik yaşa gəlib çatırlar. Bunu universitet tələbələrinin Auşvitz düşərgəsində mühasib kimi göstərdiyi fəaliyyətə görə iyul ayında həbs olunan Oskar Gröningen haqqında apardıqları müzakirədə açıq şəkildə görmək olar. Tələbələrdən biri onun haqqında belə düşünürdü: "Başa düşə bilmirəm ki, onu niyə həbs ediblər. O, heç kim yox, bürokrat olub və heç kimi də öldürməyib." Digərləri isə sözə belə qarışırdılar: "Düzdür, o, heç nəyi inkar da etmir. Bu, heç də məntiqli deyil." Qətl edilən avropalı yəhudilərin xatirəsinə qoyulmuş və 2711 ədəd beton lövhənin məzarlıqdakı baş daşlarını xatırlatdığı abidədə belə bir mənzərənin şahidi oldum: yeniyetmələr pivələrini içir, gənc bir qadın isə çimərlikdəymiş kimi boz betondan şezlonq kimi istifadə edirdi. Almaniyanın nasist keçmişi ilə üzləşməsinin güclü bir rəmzi kimi amerikalı memar Piter Ayzenman tərəfindən tərtib olunmuş bu abidə koqnitiv dissonans nəzəriyyəsinin bir nümunəsidir. Danışdıqlarıma qulaq asan Berlin sakini tarixçi dostum Martin Jander başını bulayaraq dedi: "Həmkarlarım oranı Holokost çimərliyi adlandırır."
Ötən aylarda Jander və onun akademiklərlə aktivistlərdən ibarət şəbəkəsi xüsusilə gənclər arasında unutqanlıq başladığının siqnalını verdi: Holokostun yadlaşması; almanların müharibə dövründəki yoxsulluğunun yəhudi və digər nasizm qurbanlarının vəziyyəti ilə eyni tutulması; Berlin divarının sökülməsini Almaniya tarixinin xoşbəxt sonluğu hesab edən düşüncə tərzi.
Ötən ilin noyabrı Berlin sakinləri Berlin divarının sökülməsinin 25 illiyini böyük təntənə ilə qeyd edərkən Martin başqa bir 9 noyabr hadisəsini yad edən yəhudilərə qoşuldu: 1938-ci ildə nasistlər tərəfindən yəhudilərə qarşı törədilmiş qırğın – Kristal Gecə. Martinin fikrincə, Berlin divarının sökülməsi artıq "keçmişdən azad olma", müttəfiqlərin işğalı, parçalanma və nasist keçmişin qoyduğu yükün sonunun rəmzinə çevrilib. Bu il noyabrın 9-u "gənc akademiklər, sahibkarlar və bütün sahələrdən peşəkarlar" beynəlxalq konfrans üçün Almaniyanın paytaxtında görüşəcək. Konsaltinq şirkəti "A.T. Kearney" və "Festo" şirkətinin sponsorluq etdiyi bu konfrans 9 noyabrdan yem kimi istifadə edərək tarixi və keçmişi tamamilə dəyişməyi planlayır. Tədbir üçün hazırlanan broşürada yazılır: "Konfransda dünyanın müxtəlif yerlərindən gəlmiş yüksək səviyyəli 20 alim 15 dəqiqə içində tədqiqat işlərini təqdim edərək bu suala cavab verəcəklər: daha hansı divarlar söküləcək?"
Çox az ictimai xadim hazırkı qaçqın böhranını bu unutqanlıqla əlaqələndirib. Yaşıl Partiya siyasətçiləri Cem Özdemir və Sven-Kristian Kindler son illərdə xəbərdarlıq ediblər ki, Holokostla bağlı ictimai yaddaşın zəifləməsi müasir dövrün siyasi hadisələri, xüsusilə də, azlıqlar üçün təhlükə təşkil edir. Almaniya plüralizmi, əsas etibarilə, keçmişdən asılıdır, lakin yaşlı nəsillərdən daha müxtəlif qrupları formalaşdıran gənc vətəndaşlar üçün keçmiş daha mücərrəd hala gəlib. Almaniyanın bir sıra əyalətlərində demoqrafik göstəricilərin dəyişməsi təhsil rəsmiləri üçün çətinlik yaradır. Müxtəliflik sinif otağından kənarda öyrədilən və mədəni cəhətdən qurulan Almaniya tarixinə meydan oxuyur. 2010-cu ildə "Die Zeit" qəzetində çıxan rəy sorğusunun nəticələri türk və almanlar arasında Holokostla bağlı qarışıq fikirlər və nasist keçmiş haqqında biliklərin məhdud olduğunu göstərmişdi. Mediada kiçik bir azlıq baş verən son hadisələrdən sonra bu arqumentə, yəni keçmişin unudulduğuna etiraz etməyə başladılar. Avqustun 31-i jurnalist Alan Posener oxucuları qısa müddət əvvəl milyonlarla almanın evsiz, ac və acınacaqlı vəziyyətdə olduğunu xatırlamağa çağırdı. İkinci dünya müharibəsi nəticəsində almanlar Polşa, Çexoslovakiyanın şimal, cənub-qərb və qərb əraziləri, Macarıstan, Rumıniya, Yuqoslaviya və Almaniyanın keçmiş şərq torpaqları, Şərqi Prussiya, Sileziya, Brandenburq və Pomeraniyanı tərk etdilər. Müharibədən sonra 1946-cı ildə əhalinin ilk dəfə siyahıya alınması ilə məlum oldu ki, dörd işğal zonasında 9,6 milyon alman qalıb. Sonrakı on illər ərzində yüz minlərlə alman Federal Respublikanın təmin etdiyi azadlıqlar axtarışında kommunist Şərqi tərk etdi. Hər bir halda qaçqınlar münaqişə olmadan Almaniya cəmiyyətinə birləşdirildi.
İyul ayında Gröningin məhkəməsinin bağlanış arqumentlərində dövlət ittihamçıları etdiklərinə görə peşman olmuş nasistin ömrünün son illərində həbs edilməsini əsaslandırdılar. Onlar belə izah etdilər ki, Gröningin məhkum edilməsi XXI əsrdə pluralizm qarşısında bir öhdəlik kimi əhəmiyyətlidir. Bu, Almaniyada yalnız bir mədəniyyətin mövcud olduğu fikrinin inkar edilməsi demək idi. Alman millətinin yalnız bir mədəniyyəti bölüşməli olduğu fikrinin XIX əsr filosofu Yohann Qotlib Fixtenin dövrünə gedib çıxan dərin tarixi kökləri var. Fixte belə düşünürdü ki, ortaq dil və ictimai həyat tərzlərinə əsaslanan millət anlayışı siyasi xarakterdən daha çox mədəni xarakter daşıyır. Almaniyanın keçmişi çox vaxt uzun bir milli birlik axtarışı kimi başa düşülür. Hətta almanların özləri üçün də Almaniya tarixinin yalnız nasizmdən ibarət olmadığını unutmaq asandır. Bu tarix eyni zamanda yəhudilərin, müsəlmanların, qaradərililərin, sintilərin, müxtəlif yerlərdən gələn immiqrant və qastarbayterlərin, onlardan sonra gələn nəsillərin tarixidir. Keçmişin unudulmasına qarşı mübarizə qaçqın və sığınacaq axtaranların müdafiəsinə qalxmaq deməkdir.