Rusiya ekspertlərindən bədbin 2019 proqnozları Dünya

Rusiya ekspertlərindən bədbin 2019 proqnozları

"Rusiyanın NATO ilə böyük savaşa cəlb edilmə ehtimalı yüksəkdir"
"Rosbalt" erkspertlərdən indi həyata keçirilməsindən hər şeydən çox qorxduqları ssenarini göstərməyi xahiş edib. I dünya savaşı başlanmazdan qabaq çoxları əmin idi ki, məhəlli münaqişələr idarəolunmaza çevrilmək gücündə deyil.
"Strateq" "Rosbalt"a istinadən yazır ki, ötən il təşvişli notda bitib. Hətta demək olar ki, belə notlar bir neçə idi. Kiyevin rəsmən müharibə kimi tanıdığı Rusiya-Ukrayna münaqişəsi Kerç boğazındakı böhrana görə sərt şəkildə kəskinləşib. Sonra ABŞ və Yaponiyada fond bazarının çöküşü, neft qiymətlərinin yenidən sərt düşümü gəldi. Bütün bu hadisələr dünya iqitsadiyyatı və siyasətində artıq var olan mənfi tendensiyaları sürdürərək nikbin lada kökləmir. Buna görə də perspektivə həyəcanla baxırıq. İstisna deyil ki, mənfi trendlərin inkişafı davam edəcək. "Rosbalt"ın icmalçısı bununla bağlı ekspertlərdən daxil olan 2019-cu ildə ən çox nədən qorxduqlarını danışmağı xahiş edib.
Onların hamısı ölkənin böyük savaşa cəlb edilməsi imkanını ən qorxulu ssenarilərdən biri sayır. Harada və kimlə – variantlar müxtəlif ola bilər, amma belə, ya elə, söhbətləşmək mümkün olan analitiklərin hamısı Rusiyanın iştirakıyla mümkün hərbi münaqişədən danışır və bu, təşvişə salmaya bilməz. Politoloq İqor Mintusov qısa xülasə edir: "Ən mənfi ssenari müharibədir". Onun sözlərinə görə, "Bu savaş Ukrayna ilə bağlı ola bilər, NATO ölkələrilə münaqişəyə keçə biləsi gözlənilməz toqquşmalar mümkündür".
Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Andrey Okaranın sözlərinə görə, "indi bundan danışmaq olar ki, bəşəriyyət elə bir həddə çatıb ki, hadisələrin nəzarət olunmaz silsiləsi mümkündür ki, bu da dünya savaşına gətirə bilər". O, hesab edir ki, bu, "tamamilə gerçəkləşə biləcək ssenaridir". Müqayisəli politologiya professoru, Sankt-Peterburq Avropa universitetinin siyasi elmlər fakültəsinin dekanı Qriqori Qolosov hesab edir ki, "ən yaxın zamanın ən çox mənfi hadisəsi Rusiyaya qarşı Amerika sanksiyalarının yeni zərfinin tətbiqidir. İndi bu sanksiyaları ölçüb biçirlər və hələlik yüz fazilik yəqinlik yoxdur ki, onları tətbiq edəcəklər. Amma ümumiyyətlə desək, Amerika rəhbərliyi qanunu icra etməli və nəsə tətbiq etməlidir".
Rusiya Federasiyasını daha bir mənfi ssenari Suriyada gözləyə bilər, amma professorun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının bu ölkədən çıxarılması qərarını bəyan edərək "sanki Vladimir Putinə böyük Yeni il hədiyyəsi etmişdi".
Amma məsələ bundadır ki – politoloq davam edir – "bu addımın nəyə dönüşəcəyini indi heç kim bilmir, çünki hazırda Suriyanın şərqində hakimiyyət boşluğu yaranıb və onun doldurulıması olduqca dartışmalı və qəliz proses ola bilər. Duyum belədir ki, bu bundan sonra RF-nin Suriya münaqişəsinə ilişib qalmasına ciddi səbəb ola bilər".
Qolosovun hesab etdiyi kimi, bundan savayı, "nəzəri olaraq Ukrayna ətrafında durumun kəskinləşməsi mümkündür". Amma o bu ssenarini az ağlabatan sayır. Ekspert izah edir ki, Ukrayna ətrafında durumun yaxşılaşmasını gözləmir, amma onun fikrincə, hərbi dinamikanın güclənməsi ehtimalı da azdır. Qolosov hesab edir: "Hər iki tərəfdən xeyli çox davakar ritorika olacaq, amma gerçəklikdə heç nə nə yaxşı, nə də pis yöndə dəyişəcək".
"Siyasi Texnologiyalar Mərkəzi" fondunun vitse-prezidenti Aleksey Makarkinin fikrincə, 2019-un ən təhlükəli ssenarilərindən biri bundan ibarətdir ki, Rusiya böyük münaqişəyə çəkilmək həddində olacaq. O, yada salır: "Balanslaşma, rəqiblərə özünəməxsus psixi həmlələr gedir. Hərbi ssenarilərdən yayınmaq istəyirlər, amma bununla belə, bu, çox təhlükəlidir. Kerç boğazında artıq atəş açıblar".
Ukrayna və Rusiya indi bundan çıxış edir ki, durum yönəldilə biləndir – ekspert deyir – "amma belə durumlarda həmişə risk var ki, bu cür olmaqdan çıxar". Makarkinin sözlərinə görə, 1914-də kiçik və "yönəldilən" münaqişələr kimi görünən hadisələr düzümünün əvvəl gəldiyi I dünya savaşından qabaq belə baş verib. Makarkinin fikrincə, gələn ilin ikinci təhlükəli ssenarisi neft qiymətlərinin düşməsilə bağlıdır. Politoloq qeyd edir: "Hələlik görürük ki, "OPEK+Rusiya" formatında saziş bazara ciddi təsir götərmir. Üstəlik, ABŞ-da neft ehtiyatlarının azalması gedir. Yeni dünya iqtisadi böhranı təhlükəsi də neft qiymətlərinin artımına işləmir".
Onun fikrincə, eyni zamanda onun bir barrelə 30-35 dollara qədər kəskin düşmə və uzun müddət bu səviyyədə qalmaq ehtimalı, habelə tammiqyaslı savaş ehtimalı cəmi bir neçə faiz təşkil edir. Makarkin əlavə edir: "Biz qiymətlərin bu səviyyəyə düşməsindən artıq keçmişik və bu, fəlakətli deyil. Onun belə səviyyəyə qədər uzunmüdətli düşümü və bunun iki-üç il müddətində saxlanması fəlakət olacaq".