

a hazırlaşıblar. Media nümayəndələri üçün isə bu, eksklüziv görüntülər əldə etmək üçün nadir fürsət olub.
Pilotların "Paddock"a gəlişi artıq Bakı küçələrində "Formula 1" atmosferini hiss etdirir. Tribunalar və Fan Zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.
"Formula 1" həvəskarları üçün Paddock – dünyanın ən sürətli pilotlarını və onların komandalarını yaxından izləmək, yarışın arxa səhnəsində baş verənləri canlı görmək fürsətidir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında baş tutacaq.