İran Hörmüz boğazını açmaq üçün ABŞ-yə şərtlərini açıqlayıb
11 Avqust 20:35
11 Avqust 20:35
11 Avqust 17:05
11 Avqust 16:14
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək
7 Mart 2020 14:34
3 682
Çində indiyədək koronavirusa yoluxmuş şəxslərin, demək olar ki, 70%-i sağalaraq xəstəxanadan evə buraxılıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.
Son göstəricilərə görə, materikə aid Çində koronavirusa yoluxma faktlarının sayı 80 651-dir. Qeyd edilir ki, bunlardan 55 404 nəfəri sağalaraq evə buraxılıb.
Hazırkı durumda 22 177 nəfər hələ də xəstəxanada qalır. Onlardan 5 498 nəfərinin vəziyyəti ağırdır.
Qeyd edək ki, koronavirusun yayılmağa başladığı Hubey vilayəti istisna olmaqla Çində indəyədək 12 985 yoluxma faktı qeydə alınıb. Onlardan 111-i ölüb. Ölüm faizi 0,85% təşkil edib. Hubey vilayətində isə ölüm 4,37%-dir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 262-yə çatıb. Bunların 57 660 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
11 Avqust 17:53
777
11 Avqust 17:52
679
11 Avqust 17:45
756