ABŞ dəniz blokadasını pozmaq istəyən gəmini atəşə tutub Dünya

ABŞ dəniz blokadasını pozmaq istəyən gəmini atəşə tutub

ABŞ hərbçiləri İran limanlarının dəniz blokadasını pozmağa çalışan Panama bayraqlı gəmiyə atəş açıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti amerikalı məzmuna istinadən yazır.

Nəşrin məlumatına görə, ABŞ hərbi helikopteri İran limanlarının blokadasını təmin edən amerikalı hərbçilərin xəbərdarlıqlarına məhəl qoymayan gəminin sükan qurğusuna atəş açıb. Həlak olanlar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Məmurun sözlərinə görə, hücumdan sonra gəmi heyəti başqa bir mülki gəmiyə keçməyə cəhd edib.

Məryəm Quliyeva