Qətər XİN: İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar əhəmiyyətli dərəcədə irəliləyib Dünya

Qətər XİN: İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar əhəmiyyətli dərəcədə irəliləyib

İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar əhəmiyyətli dərəcədə irəliləyib.

Bu barədə “Al Jazeera“ Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsariyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlar hazırda həlledici mərhələdədir.

Doha regionda gərginliyin azaldılmasına yönəlmiş bütün səyləri dəstəkləyir.

“Vasitəçilər kimi biz Hörmüz boğazının mümkün qədər tez yenidən açılmasını istəyirik”, – əl-Ənsari bildirib.