Rusiyada son sutkada 9035 nəfər koronavirusa yoluxub, 162 nəfər ölüb Dünya

Rusiyada son sutkada 9035 nəfər koronavirusa yoluxub, 162 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 9035 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 414 878 nəfərə çatıb.
Son sutka ərzində 162 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 4855 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 175 877 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.