ABŞ-da “qara inqilab” başlayıb Dünya

ABŞ-da “qara inqilab” başlayıb

Qaradərililər ölkəni silkələməyə başlayıblar

Cavid

ABŞ-da 18 yaşındakı silahsız zənci gənc Maykl Braunu öldürən polisin mühakiməsinə gərək görməyən məhkəmə qərarından sonrakı ikinci gündə də ölkənin dörd bir tərəfində yeni etiraz nümayişləri başlayıb. Hadisələrin mərkəzi Fergusonda gərginlik indi də davam edir.
Rəsmi məlumatlar Maykl Braunun qətlinin yeganə belə hadisə olmadığını göstərir. FBI-in son hesabatına görə, həftədə iki zənci Amerikan vətəndaşı ağ bir polis tərəfindən öldürülür. FBI-in rəqəmlərinə görə, polislər ildə ortalama 400 adamı "haqlı səbəblər"lə öldürür.
Keçən il isə bu rəqəmin 463-e yüksəldiyi qeyd olunur. "Bowling Green State" Universitetinin araşdırmalarına görə, 2005-2011-ci illərdə "haqlı səbəblərlə" öldürülənlərin sayı 2 min 718-dır.
Ancaq bu hadisələrdən yalnız 41-I üçün cinayət işi açılıb. Digər hadisələrdə isə Fergusonda olduğu kimi təhlükəsizlik işçiləri bəraət qazanaraq mühakimə olunmayıb.
İğtişaşlar artıq bütün ölkəyə yayılıb. İğtişaşlar paytaxt Vaşinqtona qədər gəlib çatıb.
Etirazlar demək olar ki, ölkənin Ferqusondan başqa, Nyu-York, Çikaqo, Los-Angles, Atlanta, Boston da daxil olmaqla 170 şəhərində yayılıb. Qərardan qəzəblənən kütlə bu şəhərlərdə yolları bağlayıb, körpülərə, tunellərə girişə icazə verməyib.
Aksiya iştirakçıları gecə saatlarında küçə boyu yürüş edərək, müxtəlif şüarlar səsləndiriblər. Etirazçılar sinələrində "qaradərili mövzusu hələ də gündəmdədir" yazısını yazıblar. "Onlar bizə heç bir ədalət vermədilər, biz də onlara sülh verməyəcəyik", "irqçılık hələ də bitməyib" kimi süarlar səsləndiriblər.
18 yaşlı qaradərili yeniyetmənin agdərili polis tərəfindən öldürüləməsinin ədalətsiz olduğunu bildirən kütlə son hadisənin Birləşmiş Ştatlarda irqi ayrıseçkiliyi daha da qızışdırdığınl deyiblər.
Etirazçılar arasnda saxlanılanlar da olub.
Ən geniş aksiyalardan biri Nyu-Yorkda baş tutub. Polis etirazçılara müdaxil etməsə də, onların yürüşünü müşaiyət edib. Etirazçılar mərkəzi Times Squaredə toplaşıblar. Qərardan narazı insanlar Times Squarenin əsas küçələrini bağlayıblar. Polis isə qəzəbli kütləyə müdaxilə etməyib.
Bostonda toplaşan 1000-ə yaxın etirazçının yürüşünə isə polis mane olmağa çalışıb. Vəziyyətin gərginləşdiyni görən Missuri qubernatoru Jey Nikson Ferqusona ilkin olaraq göndərdiyi 700 nəfərlik Milli Qvardiyanın sayının 2200-ə qədər artırıb və ümid edir ki, onlar şəhərdə sabitliyi təmin etməyə kömək edəcəklər. Braunun ailə üzvləri isə Ferquson sakinlərini sakitliyə çağırıb.
Sent-Luisdə şəhər rəhbərliyinin binasına soxulmağa çalışan 2 nəfər həbs edilib. Həmçinin, Los Ancelsdə bir qrup fəal yolları kəsərək məhkəmə qərarına etiraz ediblər. Polis 8 nəfəri həbs edib.
Fəallar gənci öldürən polis əməkdaşı Darren Uilsonun həbs edilməsi tələbi ilə çıxış ediblər. Birləşmiş Ştatlar prezidenti Barak Obama da bir daha etirazçılara səslənib və binaların, maşınların və digər obyektlərin yandırılmasına görə aksiya iştirakçılarına iradını bildirib. Ağ Ev rəhbəri bu qərara görə çoxlarının təəssüfləndiyini anlayışla qarşıladığını, amma dağıntılar törənlərə heç bir rəğbət göstərmədiyini də vurğulayıb.
Hadisənin baş verdiyi Ferquson şəhərində fəallarla polis arasında qeydə alınan qarşıdurmalar zamanı çoxsaylı zorakılıqlar baş verib.
Ağdərili polis zabitinin qaradərili gənci öldürməsi ilə bağlı Münsiflər Məhkəməsinin qərarı amerikalılar arasında fikir ayrılığı yaradıb. Bəziləri bunun afrikalı-amerikalılara qarşı ədalətsizlik olduğunu deyir, digərləri isə məhkəmənin qərarına hörmət edilməsinə çağırır.
Ferqusonda bir neçə biznes tamamilə yandırılıldı və çox sayda avtomobilə xəsarət yetirildi. Yeni iğtişaşların qarşısını almaq üçün Missuri ştatının qubernatoru çərşənbə axşamı əsasən qaradərililərin sıx yaşadığı bölgəyə Milli Qvardiya dəstələrinin göndərilməsini istədi.
Afro-amerikalılar ölkə boyu səslərini ucaldaraq, hələ də irqi bərabərsizliyin davam etdiyini deyirlər. Qaradərililərin İnkişafı Assossiasiyanın prezidenti Villiam Barber: "Biz dəfn ardınca dəfnin, qətl atdınca qətlin davam etməsinə imkan verməməliyik."
Los-Anceles sakini Pit Vayt: "Mən təəccüb etmirəm, çünki Birləşmiş Ştatlarda ağdərili polis və ya təhlükəsizlik işçisi hər 28 saatdan bir qaradərilini öldürür. Ona görə də bu mənim üçün təzə xəbər deyil. Mənim fikirmcə burada əsas məqsəd qaradərililərə. və ya digər irqlərə mənsub insanların qətlinə son qoyulmasına nail olmaqdır."
Nümayəndələr Palatasının Demokrat lideri Nensi Pilosi Münsiflər Məhkəməsinin qərarından narazı olduğunu bildirib və Amerikadakı qaradərililərin problemlərinin həlli üçün çox işlər görməyin lazım olduğunu deyib. "Bu reaksiya nəzərdən keçirilməlidir. Bizim icmalarımızda narazılıq hissi var."
Belə görünür ki, qəzəb məhkəməyə seçilmiş 12 nəfər missurilidən daha çox hüquq-mühafizə orqanlarına yönəlib. Amerikalıların çoxu polisin istifadə etdiyi silahlarla bağlı yeni qanun tətbiq edilməsinə çağırır.
BMT-nin insan haqları məsələləri üzrə nümayəndəsinin dediyinə görə, Birləşmiş Ştatlar hökuməti əhalinin müxtəlif seqmentləri arasındakı etimadsızlıq və bunun hüquq-mühafizə orqanlarına təsirinə ciddi fikir verməlidir.
Etirazın güclənməsi Amerika hökumətini təşviş içində saxlayıb. Dövlət rəsmiləri ölkədə irqi zəmində baş qaldıra biləcək kütləvi qarşıdurmaları əngəlləmək üçün əlindən gələni edir. Ötən gün Maykl Braun adlı qaradərili gəncin öldürülməsi işinə baxan prokuror məhkəmə prosesinə aid bütün materialları, istintaq araşdırmasının nəticələrini, şahidlərin ifadələrini və digər maddi dəlilləri ictimailəşdirib. Bu Amerika tarixində nadir hadisə hesab olunur.
Xatırladaq ki, Maykl Braun adlı gənc Missuri ştatının Ferquson şəhərində avqust ayında polis tərəfindən öldürülmüşdü.
Braun ailəsi qətlin irqçilik zəminində baş verdiyini iddia etsə də, təhlükəsizlik əməkdaşı hadisə zamanı Braunun zorakılıq törətdiyini və üzərinə silah çəkməsini əsas gətirərək ona atəş açdığını qeyd edir.
ABŞ-ın baş prokuroru Erik Holder fakta dair federal səviyyədə istintaq araşdrıması başladıldığını deyib. Ekspertlər indi bir sualın üzərində durublar. "Darren Uilson Maykl Brauna atəş açan zaman onun insan haqlarını pozubmu?"
Erik Holder isə bildirir ki, departamentin istintaqı daha dolğun və müstəqil şəkildə davam edəcək: "Proses hələ başa çatmayıb. Biz qanun keşikçiləri ilə cəmiyyət arasındakı qarşılıqlı etibarı bərpa etmək üçün ciddi şəkildə bu işlə məğul oluruq"
Bir müddət əvvəl Darren Uilson əməlinə görə, Braunun ailəsindən və, ümumilikdə, afroamerikalı vətəndaşlardan üzr istəmişdi.
Avqust ayında da bu hadisəyə etiraz olaraq qaradərilər ABŞ-I silkələmişdi. O zaman Barak Obama demişdi: "Polisin nümayişçilərə qarşı gücdən həddən artıq istifadə etməsinə haqq qazandırmaq olmaz və hüquq-mühafizə orqanlarının hərəkətləri araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır".
Keçmiş sovet respublikalarında "narıncı" inqilabların əsas sponsoru və himayəçisi, "ərəb baharı"nın ilhamvericisi olan ABŞ-da "qara inqilab" dalğası başlayıb.
Bu hadisə əhalisinin 70 faizə yaxınının qaradərililərdən ibarət olduğu Ferquson şəhərində hamının səbrini daşırıb. Çünki qaradərililər bu hadisədən də əvvəl inanırdılar ki, polis onlara qarşı həmişə qərəzli yanaşıb, yeri gəldi-gəlmədi yoxlayıb, həbs edib, sıxışdırıb.
Sonrakı hadisələri isə əslində əvvəlcədən proqnozlaşdırmaq mümkün idi. Polis özbaşınalığına qarşı etiraz aksiyası sürətlə iğtişaşlara və poqromlara çevrildi. Qəzəblənmiş qaradərililər mağazaları qarət etməyə, maşınları yandırmağa başladılar. Buna cavab olaraq xüsusi təyinatlı polis gözyaşardıcı qaz və rezin güllələr tətbiq edib, onlarla nümayişçini həbs edib. Polisin Braunu güllələyən zabitin adını açıqlamaqdan imtina etməsi kütləni daha da qızışdırıb.
Situasiyaya avqustun 14-də Barak Obama qarışmalı olub və Amerikanın ilk qaradərili prezidenti nümayişçiləri sakitliyə çağırıb, polisin həddən artıq güc tətbiq etməsini pisləyib və günahkarları cəzalandırmağı tapşırıb. Lakin Obamanın bəyanatı Ferquson sakinlərini sakitləşdirə bilməyib və iğtişaşlar səngisə də hələ davam etməkdədir.
Qaraların isə hakmiyyətdən narazılığının daha dərin səbəbləri var. Sent-Luis və ona bitişik qəsəbələrdə, o cümlədən Ferqusonda əhali arasında işsizlik səviyyəsi yüksəkdir. Əhalinin 20 faizdən çoxu kasıblıq həddində yaşayır, qaradərililər hesab edir ki, hakimiyyət onların problemlərinə yetərincə diqqət ayırmır və irqi ayrı-seçkiliyə yol verir.
Qaradərililərə qarşı irqi ayrı-seçkliyə yol verildiyini təkcə Ferquson sakinləri demirlər. İğtişaşların davam etdiyi günlərdə, avqustun 13-14-də Cenevrədə BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində ABŞ-ın bu sahədə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair hesabatı muzakirə olunurdu. Həmişə insan haqlarının pozulmasına görə ABŞ-ın tənqidlərinə məruz qalan Rusiya dərhal Ferquson hadisələrindən və bu hesabatın müzakirəyə çıxarılmasından fürsət kimi istifadə etdi.
Qeyd etmək lazımdır ki, indi Ferqusonda olduğu kimi qaradərililərin üsyanları ABŞ-da əvvəllər də baş verib. Belə görünür ki, ölkəyə ilk dəfə qaradərili prezidentin başçılıq etməsi də irqi zəmində əsrlərlə davam edən problemi aradan qaldırmağa kifayət etməyib. Ancaq hakimiyyətin də qaradərililərdən narazı qalması üçün əsasları var.Bir qayda olaraq qaradərililərin sıx yaşadığı şəhərlər və iri şəhərlərin "zənci" kvartalları cinayətkarlığın yüksək səviyyədə olması ilə xarakterizə edilir.
Qaradərililərin ABŞ əhalisinin cəmi 12 faizini təşkil etməsinə baxmayaraq ölkədə törədilən bütün qətllərin yarıdan çoxu onların payına düşür, soyğunçuluq hadisələrinin isə 60 faizə yaxınını qaralar törədir. Bu baxımdan Amerika polisinin kapşonlu istənilən qaradərili gəncə potensial cinayətkar kimi baxması boş yerə deyil. Lakin qaradərililər arasında cinayətkarlığın yüksək səviyyədə olmasının səbəbləri həm də onların daha kasıb yaşaması, işsizlik səviyyəsinin yüksək olması və bütövlükdə irqi ayrı-seçkiliklə bağlı ola bilərmi? Görünür bunlar bir-biri ilə bağlı məsələlərdir və Ferquson iğtişaşlarının kökləri daha dərinlərə gedib çıxır.