Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
15 Sentyabr 2025 09:09
4 109
“Vaşinqton razılaşmalarından sonra Ermənistan-Azərbaycan münasibətlərində də sülhə yaxınlaşmaqla əlaqədar müsbət tendensiya müşahidə edilməkdədir. Ermənistan götürdüyü öhdəlikləri mərhələli şəkildə yerinə yetirəcəyi təqdirdə bu proses daha da sürətlənə bilər”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.
N.Həmzəyev bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırması onu deməyə imkan verir ki, bu proseslərin davamı mütləq gələcək: “Ermənistanı bu addımından çəkindirmək istəyən və ya prosesləri yubatmaq istəyən kənar qüvvələr var. Ancaq buna baxmayaraq Azərbaycan sülhə məcbur etmək siyasətini bu günə qədər uğurla həyata keçirib və biz inanırıq ki, bundan sonra da bu proses uğurla davam etdiriləcək. Ermənistan siyasi rəhbərliyi, nəhayət, anlayır ki, Azərbaycan və Türkiyə əlaqələri Ermənistanın mövcudiyyəti, Ermənistan iqtisadiyyatının inkişafı üçün çox vacibdir. Xüsusilə də regionda Azərbaycan və Türkiyə tərəfindən formalaşdırılan nəqliyyat şəbəkəsinə qoşulmaq Ermənistanın gələcəyi üçün də çox önəmlidir”.
Röya İsrafilova