

Türkiyə Xarici İşlər Nazirliyi Bakının işğaldan azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə Türkiyə XİN-in “X” səhifəsində paylaşım edilib.
“Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi diləklərimizlə təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmətlə anırıq”, - qeyd edilib.