Komitə sədri: Qaraxanbəyli kəndinin layihəsi 6000 nəfərə hesablanıb Cəmiyyət

Komitə sədri: Qaraxanbəyli kəndinin layihəsi 6000 nəfərə hesablanıb

Füzuli rayonunun Dövlət Başçısı tərəfindən təməli qoyulmuş Qaraxanbəyli kəndi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzdində Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilib.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial hesabında paylaşıb.

"Fərdi evlər və aşağı mərtəbəli çoxmənzilli evlərin tikiləcəyi kənd layihəsi ümumilikdə 6000 nəfərə yaxın əhaliyə hesablanıb", - paylaşımda qeyd olunub.

Komitə sədri: Qaraxanbəyli kəndinin layihəsi 6000 nəfərə hesablanıbKomitə sədri: Qaraxanbəyli kəndinin layihəsi 6000 nəfərə hesablanıbKomitə sədri: Qaraxanbəyli kəndinin layihəsi 6000 nəfərə hesablanıbKomitə sədri: Qaraxanbəyli kəndinin layihəsi 6000 nəfərə hesablanıb