İran Hörmüz boğazını açmaq üçün ABŞ-yə şərtlərini açıqlayıb
11 Avqust 20:35
11 Avqust 20:35
11 Avqust 17:05
11 Avqust 16:14
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək
26 Aprel 2022 15:57
3 360
Pandemiya bütün sahələr kimi, turizm, xidmət sahələri, xüsusən də hotellərin fəaliyyətinə öz təsirini göstərdi. Ölkəmizdə sərt karantin qaydaları artıq yumşaldılıb. Bəs, hazırda fəaliyyət göstərən hotellərdə vəziyyət necədir?
Bununla bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib ki, pandemiya səbəbindən tətbiq olunan sərt karantin tədbirləri turizm və hotelçiliyə böyük ziyan vurub.
Assosiasiya rəhbəri deyib ki, bu ilin statistik rəqəmləri ilə ötən ilin eyni dövrünü müqayisə etsək, hotellərdə yerləşmədə artım olduğunu müşahidə edirik.
"Paytaxtda və regionlarda fəaliyyət göstərən hotellərin əksəriyyətində turistləri və yerli qonaqları qəbul etmək üçün şərait var. Bu il əvvəlki iki illə müqayisədə hotel biznesində canlanma var. Bunun da əsas səbəbi pandemiya qaydalarının nisbətən yumşaldılmasıdır. Bütün bunlar turizmin tam bərpa olunması demək deyil. Yumşalmalara baxmayaraq, ölkəmizə gələn turistlərin sayı pandemiyadan qabaq gələnlərin sayına çatmır. Azərbaycan pandemiyadan əvvəl bir neçə il turist axını yaşadı. Ölkəmizə gələn turistlərə görə paytaxtda və regionlarda hotellər tikilmiş, hotelçilik fəaliyyəti ilə məşğul olan insanların sayı sürətlə artmışdı. Ümid edirik ki, pandemiya bitdikdən sonra turizm və hotelçilik əvvəlki vəziyyətinə qayıdacaq", - deyə S.Dübəndi bildirib.
11 Avqust 19:51
700
11 Avqust 18:25
679
11 Avqust 17:38
700