“Elektron hökumət” portalında e-xidmətlər Hadisə

“Elektron hökumət” portalında e-xidmətlər

Tural

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən aktual elektron xidmətlərinin adları bəlli olub. "Elektron hökumət" portalındakı e-xidmətlərdən istifadə sayı dinamik şəkildə artmaqdadır. Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, 1 avqust 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 2,3 milyon nəfərdən çox olub və onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə edib. "Elektron hökumət" portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib və həmin vaxt portala cəmi 16 dövlət qurumu üzrə 50-yə yaxın elektron xidmət inteqrasiya olunmuşdu. Hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45-ə, təqdim edilən xidmətlərin sayı isə 409-a çatdırılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Elektron hökumət" portalı üzərindən iyul ayında ən çox istifadə olunan elektron xidmətlərinin adları məlum olub. RYTN-in Məlumat Hesablama Mərkəzinin apardığı statistikaya əsasən, nazirliyin ən çox müraciət edilən e-xidmətləri "Telefon nömrəsi üzrə axtarış", "Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi", "Mobil cihazların qeydiyyatdan keçirilməsi", "Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması", "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsi ilə ödənilməsi" və s. xidmətləri olub. Iyul ayında nazirliyin xidmətlərindən istifadə sayı 213053-ə çatıb.
Qeyd edək ki, ümumilikdə e-xidmətlərindən istifadə statistikasına görə qurumlar arasında ikinci yerdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərarlaşıb.