Türkiyə bəşəriyyət tarixini yenidən yazır - Ərdoğan
9 Dekabr 21:32
9 Dekabr 21:32
9 Dekabr 18:45
9 Dekabr 14:14
“İnflyasiya yuvarlaq götürsək 14%, ərzaq üzərində 20% ətrafında olub. Müəyyən dərəcədə onun aşağı düşməsi proqnozlaşdırılır. Amma hesab edirəm ki, bu proqnoz deyil, arzudur”.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Əli Məsimli bildirib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin proqnozlarında inflyasiya 10,4, Mərkəzi Bankın proqnozlarında isə 8,3%-dir.
“Srağagün Mərkəzi Banka sual verdim ki, bununla bağlı rıçaqlarınız varmı? Əgər beynəlxalq praktikada tətbiq olunan uçot dərəcəsini rıçaq kimi istifadə etməkdən söhbət gedirsə, açıq deyək ki, Azərbaycan şəraitində uçot dərəcəsi işləmir. Sərt monetar siyasətə keçəcəyiksə, bu, ÜDM-i artımını 1,8%-dən də aşağı salacaq və ciddi əlavə problemlər yaradacaq. Bu barədə düşünmək lazımdır ki, Mərkəzi Bankın sadaladığım rıçaqları işləmirsə, onları nəzərdə tutulan qaydada tətbiq edilməsi xeyirdən çox, ziyan verəcək. Azərbaycanda inflyasiya heç də monetar amillərlə bağlı deyil. Bu nöqteyi-nəzərdən 2023-cü ildə əmək haqqının 10% ətrafında artacağı proqnozundan belə çıxır ki, cari ildə əhalinin real gəlirlərini artırılması istiqamətində heç nə olmayacaq. Əmək haqlarının artırılması inflyasiya artımını kompensasiya etməkdən o yana getmir. Bu istiqamətdə İqtisadi Şurada xüsusi bir iclasın keçirilməsi, həm proqnozlara baxılması, həm də reallaşdırılması istiqamətində yeni doktrinanın ortaya qoyulması vacibdir”, - deyə Əli Məsimli əlavə edib.