17:48
378
Avropa İttifaqı (Aİ) Şurası İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan 6 nəfərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Məlumata görə, sanksiya siyahısına dini azlıqların nümayəndələri və siyasi dissidentlər, o cümlədən Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi barəsində hökm çıxaran inqilab məhkəmələrinin beş hakimi daxil edilib.
Bundan başqa, "Ashiyane" kiberqrupunun təsisçisi, haker və kompüter mühəndisi Nima Salehiyə qarşı da analoji addım atılıb. Həmin qrup İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıq edərək opponentlərə, eləcə də xarici təşkilatlara qarşı hücumlar təşkil edib.
Yeni qərarlarla birlikdə Aİ-nin İrana tətbiq etdiyi sanksiyalar hazırda 269 fiziki şəxsə və 53 təşkilata şamil olunur. Məhdudiyyətlər aktivlərin dondurulmasını, ittifaq ərazisinə giriş qadağasını və həmin tərəflərə maliyyə resurslarının verilməsinin qarşısının alınmasını nəzərdə tutur.