17:23
406
"İnanıram ki, AFFA, eləcə də futbol ailəsinin hər bir üzvünün qarşılıqlı dəstəyi nəticəsində vahid məqsəd ətrafında birləşərək, ortaq səylərimizlə Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq".
Bunu növbəti 4 il müddətinə PFL prezidenti seçilən Elxan Səmədov qurumun mətbuat xidmətinə açıqlamasında deyib.
E.Səmədov etimadı doğrultmaq üçün çalışacaqlarını bildirib:
“Mənə göstərilən böyük etimada görə Peşəkar Futbol Liqasının üzvü olan bütün klublarımıza, bizə dəstəyini əsirgəməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, şəxsən AFFA-nın prezidenti cənab Rövşən Nəcəfə təşəkkürümü bildirirəm. Çalışdığım müddətdə futbol ailəsinin, media nümayəndələrinin diqqətini, dəstəyini görmək, həmrəyliyini hiss etmək həmişə əlavə güc verib. Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bizə bəslənilən bu yüksək inamı əməli fəaliyyətimizlə tam şəkildə doğruldaq”.