Azərbaycanda qızıl və gümüş istehsalı azalıb, qızılın ixracı artıb
Elxan Səmədov: “Əlimizdən gələni edəcəyik ki, bizə bəslənilən inamı doğruldaq”
Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri elan olunub
Milli Məclis ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edir
16:37
511
“Ayasofyanın yenidən ibadətə açılması bizə nəsib oldu”.
Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya məscidinin yenidən ibadətə açılmasının 6-cı ildönümü münasibətilə danışarkən deyib.
“Onu yenidən ibadətə açmaq bizə nəsib oldu. Buna görə çox xoşbəxtik”, - o bildirib.
Prezident çıxışında mərhum şair və yazıçı Necip Fazıl Kısakürəki də xatırladıb. O qeyd edib ki, birlikdə iştirak etdikləri mitinqlərdə Kısakürək Ayasofyanı göstərərək, “Ayasofya açılacaq, Ayasofya bir gün açılacaq” söyləyib:
“Biz təkcə onu açmadıq, həm də Ayasofyanı İslam aləminə qaytarmaq şərəfinə nail olduq. Ustadın o zaman ürəkdən söylədiyi arzunu da, Allaha şükür, gerçəkləşdirdik”.
Türkiyə lideri vurğulayıb ki, Ayasofyanın yenidən ibadətə açılmasının 6-cı ildönümünü böyük sevinc hissi ilə qeyd edirlər. Onun sözlərinə görə, məsciddə bərpa və yenidənqurma işləri də davam edir:
“İstər İslam dünyasına, istərsə də bütün bəşəriyyətə - xristianlara və müsəlmanlara qapılarını açan Ayasofya bizi çox sevindirir. Bu məbəd memarlıq xüsusiyyətləri və dünyadakı mövqeyi ilə çox fərqli abidədir”.
Ərdoğan əlavə edib ki, Türkiyənin Ayasofyanın yenidən ibadətə açılması prosesini həyata keçirməsi onlar üçün böyük qürur mənbəyidir. Bu münasibətlə bütün İslam aləminə salam və sevgilərini çatdırıb.