Bakıda "Toyata Prius" 61 yaşlı kişini vuraraq öldürüb Hadisə

Bakıda "Toyata Prius" 61 yaşlı kişini vuraraq öldürüb

Bakıda avtomobil 61 yaşlı kişini vuraraq öldürüb.

APA xəbər verir ki, Binəqədi rayon ərazisində 1982-ci il təvəllüdlü Zaur Fərəcov idarə etdiyi "Toyata Prius" markalı avtomobillə yolu keçən 1962-ci il təvəllüdlü İslah Qafarovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.