Gəncədə piyadanı maşın vuraraq öldürüb Hadisə

Gəncədə piyadanı maşın vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "QAZ 24" markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb.