
İranda hərbi bazada partlayış baş verib
14 İyun 16:10
Ukrayna ilə Rusiya arasında bu gün növbəti əsir mübadiləsi olub.
APA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bir qrup hərbi əsirin Ukraynaya qaytarıldığını, bunun qarşılığında Ukraynadan rusiyalı hərbi əsirlərin alındığı barədə açıqlama yayıb.
Məlumatda bildirilir ki, əsir mübadiləsi iyunun 2-də İstanbulda əldə olunmuş razılaşma əsasında baş tutub.
Ukrayna Prezidenti Volodimir Zelenski də əsir mübadiləsi haqqında açıqlama verib. Zelenski bunun həftə ərzində dördüncü əsir mübadiləsi olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu gün qaytarılanlar arasında 2022-ci ildən əsirlikdən olanlar da var.
O, Rusiya əsirliyində olanların hamısının qaytarılması üçün lazım olan addımların atılacağını da qeyd edib.