İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub Dünya

İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub

“İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub və ya hədəflərinə çatmayıb, lakin bir neçə raket hədəfə çatıb.”

APA xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Effi Defrin bildirib.

"Son bir saatda İrandan İsrail Dövlətinə doğru iki yer-yer raket dalğası atıldı. Hər iki dalğada 100-dən az raket atıldı. Onların çoxu yaxalandı və ya hədəflərini əldən verdi. Onlardan bəziləri binalara dəyib. Bəzilərinin isə havada vurulandan sonra qalıqları dağıntıya səbəb olub", - o bildirib.