Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
14 İyun 2025 13:37
2 933
ımaların təmin edilməsində, mehmanxanada yerləşdirilməsində və Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycana təşəkkür edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-nin teleqram kanalında bildirilib.
Qeyd olunub ki, İsrailin İran İslam Respublikasına qarşı hərbi əməliyyatları nəticəsində vəziyyətin gərginləşməsi, regionun əksər ölkələrində hava məkanının bağlanması və uçuşların ləğvi fonunda oradakı Rusiya vətəndaşlarının xilas edilməsi məsələsi aktuallaşıb.
" 2025-ci il iyunun 14-nə keçən gecə Rusiyanın İrandakı səfirliyi və Rusiyanın Azərbaycandakı səfirliyinin iştirakı ilə 86 nəfərlik birinci qrup (iki uşaq) Astara Çoxtərəfli Avtomobil Nəzarət Məntəqəsi vasitəsilə artıq İran və Azərbaycan arasında dövlət sərhədinin quru hissəsini keçib.
Söhbət dünya şöhrətli rusiyalı rejissor Fyodor Bondarçukun çəkiliş qrupundan gedir. Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsində, qrupun mehmanxanada yerləşdirilməsində və vətəndaşlarımızın Vətənə qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk", deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.
Eyni zamanda Rusiya XİN-nin teleqram kanalında rusiyalı qrupun sərhəddən Azərbaycan avtobusu ilə Bakı istiqamətində daşınmasının videosu paylaşılıb.