Azyaşlı qıza hədə-qorxu gəlib qızıllarını alan şəxslər tutuldu Hadisə

Azyaşlı qıza hədə-qorxu gəlib qızıllarını alan şəxslər tutuldu

Azyaşlı qıza hədə-qorxu gəlməklə, qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aprelin 15-də Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarının talanması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.