Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanıldı Hadisə

Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanıldı

Almaniyada Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər həbs olunub.

Trend xəbər verir ki, "Der Spiegel" jurnalının məlumatına görə, Bavariya federal əyalətinin Bayroyt şəhərində keçirilən əməliyyat nəticəsində 39 yaşlı Diter S. və 37 yaşlı Aleksandr J. saxlanılıb.

Müstəntiqlər hesab edirlər ki, şübhəlilər 2023-cü ilin oktyabr ayından bəri Almaniyada təxribat törətməklə bağlı Rusiya xüsusi xidmət orqanları ilə məlumat mübadiləsi aparırlar. Onlar hərbi infrastruktur və sənaye obyektlərində yanğın və partlayış planları hazırlayıblar. Diversantların hədəfində hərbi yüklərin daşınması üçün istifadə edilən nəqliyyat marşrutları da olub.

Almaniya prokurorluğu Dieteri kəşfiyyat və təxribat məqsədi daşıyan gizli fəaliyyətdə, Aleksandrı isə xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edir.