30 ilin hər gününü vətən həsrəti ilə yaşamışıq - Füzuli sakini Hadisə

30 ilin hər gününü vətən həsrəti ilə yaşamışıq - Füzuli sakini

Ötən 30 ilin hər gününü biz vətən həsrəti ilə yaşamışıq.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Şirxan Muradov deyib.

Onun sözlərinə görə, Füzulini 34 yaşında tərk edib. İndi 65 yaşında doğma yurda qayıdır.

"Keşməkeşli məcburi köçkün həyatından sonra, şükürlər olsun artıq öz yuvamıza dönürük. Bu gün biz Prezidentimizin rəhbərliyi nəticəsində yurdumuza geri dönürük. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", -deyə o bildirib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 153 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3 132 nəfərin daimi məskunlaşması təmin edilib.