Goranboyda evdən oğurluq edən şəxs saxlanılıb Hadisə

Goranboyda evdən oğurluq edən şəxs saxlanılıb

Goranboy rayon sakinlərindən birinə məxsus evdən dəyəri 1200 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən G.Bağırova rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Şübhəli şəxs ifadəsində törətdiyi əməli etiraf edərək həmin əşyaları Gəncə şəhərində satdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.