Göygöldə restoran yanıb Hadisə

Göygöldə restoran yanıb

Göygöl rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Topalhəsənli kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.