Babək rayonunun icra başçısı vəzifəsindən azad edildi - YENİ TƏYİNAT Hadisə

Babək rayonunun icra başçısı vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.

Trend xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.