Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb Hadisə

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (06.05.2024 - 12.05.2024) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 6 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 358 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.