

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rurisyanın xarici işlər nazirinin müavini Sergey Verşinin Nyu-Yorkda türkiyəli həmkarı Nuh Yılmaz ilə Yaxın Şərqdəki vəziyyəti, həmçinin Suriyada baş verən hadisələri müzakirə edib.
"Report"un məlumatına görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
"İyulun 29-da Nyu-Yorkda Fələstin-İsrail münaqişəsinin ikidövlətli həllinə dəstək üzrə yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində RF xarici işlər nazirinin müavini Verşinin Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yılmaz ilə görüşüb. Ərəb-İsrail münaqişəsi zonasında mövcud genişmiqyaslı böhrandan çıxış yollarının axtarışı üzrə kollektiv səylərə diqqət yetirilməklə Yaxın Şərqdəki cari vəziyyətin ətraflı müzakirəsi keçirilib", - qurumdan bildirilib.
Bundan əlavə, xarici siyasət idarəsindən bildirilib ki, Türkiyə nümayəndələri ikidövlətli prinsipin qorunması üzrə beynəlxalq konfrans çərçivəsində dəyirmi masalardan birində öz işləri barədə məlumat veriblər: "Həmsöhbətlər həmçinin digər regional məsələləri, o cümlədən Suriyada baş verən hadisələri və BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qarşılıqlı maraq doğuran gündəlik məsələlərini nəzərdən keçiriblər".