

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Kazinolar turizmin inkişafına dəstək verən amillərdən biridir. Ümumiyyətlə, turistlər gəzməyə getmək istədikləri bölgələri seçəndə baxırlar ki, həmin ölkələrdə həm təbii gözəlliklər olsun, eyni zamanda, həmin ölkədə turistlərin azadlıqlarının miqyası geniş olsun. Bu baxımdan ölkəmiz turizmin inkişafını genişləndirmək üçün qonşu ölkələrin təcrübəsindən faydalanmalıdır və turizmdə azadlıqları daha da genişləndirməlidir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
X.Kərimli əlavə edib ki, kazino bu istiqamətdə turizmə verilən növbəti azadlıqdır: “Hesab edirəm ki, biz bununla dayanmamalıyıq, turizmin inkişafına dəstək verən addımlar atmalıyıq. Həmçinin bu istiqamətdə digər əyləncə növlərini də leqallaşdırmalıyıq. Xaricdən gələn kazino həvəskarları ölkənin otel sənayesinin inkişafına, eləcə də digər sahələrdə inkişafa dəstək verəcək. Bilirik ki, turizm kompleks iqtisadi artıma dəstək verir. Digər tərəfdən turizmin ən böyük üstünlüklərindən biri təkcə özünün muxtar formada yox, yan sahələrin inkişafına da dəstək verməsidir. Eyni zamanda, burada yaranmış gəlirin əhali təbəqəsi arasında daha sürətlə yayılmasını müşahidə edirik. Yəni burada inklüzivlik də çoxdur. Burada çox sayda insanlar işləyir”.
İqtisadçı bildirib ki, Azərbaycanda kazino oyunlarının təşkili ilə kazino üçün ölkədən gedən vətəndaşlar artıq bu tələbatı ödəmək üçün xaricə getmək məcburiyyətində qalmayacaq: “Eyni zamanda, bu, Azərbaycana gələcək turistlər üçün əlavə bir stimul, üstünlük olacaq. Kazino biznesində həm də böyük dövriyyələr mövcuddur. Yəni burada həm də böyük maliyyə resurslarının dövr etməsi mövcuddur. Eləcə də bu istiqamətdə fəaliyyətin leqallaşdırılması və yaxşı təşkili, ümumiyyətlə, turizmin inkişafı üçün böyük dəstəkdir”.
Röya İsrafilova