Trumpın xüsusi nümayəndəsi Witkoff İsrailə səfər edəcək Dünya

Trumpın xüsusi nümayəndəsi Witkoff İsrailə səfər edəcək

ABŞ Prezidenti Donald Trumpın xüsusi nümayəndəsi Steve Witkoff’un İsrailə səfər edəcəyi bildirilib.

Xalqcebhesi.az xəbər verir ki, Witkoff’un sabah Baş Nazir Netanyahu və digər yüksək səviyyəli İsrailli rəsmilərlə Qəzzadakı humanitar vəziyyəti və mümkün həlləri müzakirə etmək üçün bir araya gəlməsi gözlənilir.
Yüksək səviyyəli bir ABŞ rəsmisi, Witkoff’un Qəzzanı da ziyarət edərək Qəzza Humanitar Yardım Fondu (GHF) yardım mərkəzlərinə baş çəkə biləcəyini bildirib.
ABŞ rəsmisi, "Prezident Trump, Qəzzadakı humanitar vəziyyət barədə daha çox məlumat əldə etmək və oradakı mülki əhaliyə necə daha çox yardım edilə biləcəyini anlamaq istəyir" deyib.

Məryəm Quliyeva