İsrail ordusu Beyruta hədəfli zərbə endirib
28 May 15:32
28 May 15:32
İran: "ABŞ vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəməlidir"
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir
30 İyul 2025 15:48
2 835
İraq Kürd Regional Rəhbərliyinə (KRG) bağlı Ərbil şəhəri yaxınlığındakı neft yataqlarını hədəf alan hücumda bomba yüklü pilotsuz təyyarənin (PUA) hədəfinə çatmadan qəzaya uğradığı açıqlanıb.
Xalqcebhesi.az xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi (KRG) hökumətinin Terrorla Mübarizə Bölməsi verdiyi açıqlamada bomba yüklü pilotsuz təyyarənin (PUA) paytaxt Ərbil yaxınlığında qəzaya uğradığını açıqlayıb.
Açıqlamada, "Bu gün yerli vaxtla səhər saat 09:30-da Ərbilin Mahmur rayonuna bağlı Du Girdkan kəndi yaxınlığında neft mədənlərini hədəf alan hücum zamanı bomba yüklü pilotsuz təyyarə (PUA) hədəfinə çatmadan qəzaya uğradı. Bomba yüklü pilotsuz təyyarə partlamadı."
Təhlükəsizlik rəsmiləri hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.
Terrorla Mübarizə Bölməsi də ötən bazar ertəsi Ərbilin qərbində, Habat rayonunun Rizqari səmtində partlayıcı yüklü pilotsuz uçan aparatın qəzaya uğradığını və itkilərin olmadığını təsdiqləmişdi.
Həmin gün daha bir pilotsuz təyyarə Xabat rayonunun Kavarqosk kəndi yaxınlığında qəzaya uğrayıb.
Məlumdur ki, KRQ-nin neft yataqları iyulun əvvəlindən fasilələrlə pilotsuz təyyarələrin hücumlarına məruz qalıb.
Məryəm Quliyeva