
Qüdrət Həsənquliyev: “Putinin ABŞ-dan narahatlığı yoxdur”
17 Avqust 20:20
17 Avqust 20:20
15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (82,58 MB/S) görə, iyun ayına nisbətən 153 ölkə arasında 2 pillə irəliləyərək 81-ci olub.
"APA-Economics" bu barədə “Speedtest Global Index”ə istinadən xəbər verir.
Belə ki, bir il əvvəlki göstərici ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.
Ötən ay sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (386,96 MB/S), axırıncı yeri isə Suriya (3,29 MB/S) tutub.
İyul ayında Azərbaycan mobil internetin sürətinə görə isə aylıq 1 pillə geriləyərək 74,76 MB/S sürətlə 104 ölkə arasında 56-cı olub.
Mobil internetin sürətinə görə, birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (584,97 MB/S), sonuncu yeri isə Boliviya (14,7 MB/S) tutub.
Dövr ərzində Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə, iyuna nisbətən 3 pillə irəliləyərək 198 şəhər arasında 83,27 MB/S sürətlə 112-ci yerdə qərarlaşıb.
Şəhərlər üzrə üzrə reytinq cədvəlində Əbu-Dabi (353,22 MB/S) birinci olub. Sonuncu pillədə Hələb (2,73 MB/S) qərarlaşıb.
Bakı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 4 pillə irəliləyərək 93,16 MB/S sürətlə 148 şəhər arasında 83-cü olub. Mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (581,31 MB/S), sonuncu yeri La Paz (Boliviya) (11,12 MB/S) tutub.