
Qüdrət Həsənquliyev: “Putinin ABŞ-dan narahatlığı yoxdur”
17 Avqust 20:20
17 Avqust 20:20
15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İşğal altındakı İordan çayının qərb sahilindəki Ramallah və Tubas şəhərlərində İsrailin Qəzza zolağına hücumları pislənərkən başda uzun müddətdir həbsdə olan Mərvan əl-Berqusi olmaqla fələstinli məhbuslar üçün həmrəylik mesajları verilib.
Ramallahda toplaşan nümayişçilər Qəzzada baş verən soyqırım ilə bağlı “ərəb-islam dünyası və beynəlxalq ictimaiyyətin səssizliyi” kimi qiymətləndirdikləri vəziyyəti tənqid edən şüarlar səsləndiriblər. Nümayişçilər məhbuslara tətbiq edilən aclıq siyasətinə son qoyulmasını tələb ediblər.
Şüarlar arasında "Ərəblər və ərəbçilik haradadır? Qəzzanı kərpic-kərpic dağıdıblar" və "Beynəlxalq ictimaiyyət soyqırım və aclıq ortağıdır" şüarları diqqəti çəkib. Həmçinin 2002-ci ildən həbsdə olan və 5 dəfə ömürlük həbs cəzasına məhkum edilmiş Fəth Mərkəzi Komitəsinin üzvü Mərvan əl-Berqusi ilə də həmrəylik ifadə olunub.
Tubasda isə Fəth hərəkatı və əsirlərə məsul qurumların çağırışı ilə təşkil edilən mitinqdə başda Berqusi olmaqla fələstinli məhbuslara dəstək mesajları verilib. Hər iki şəhərdə etiraz aksiyalarına qatılan nümayişçilər Berqusinin fotoşəkillərini daşıyıblar.
Beynəlxalq insan haqları hesabatlarına görə, 10 min 800-dən çox fələstinli aclıq, işgəncə və tibbi səhlənkarlıq səbəbindən İsrail həbsxanalarında ağır şəraitdə saxlanılır və yüzlərlə insan isə həyatını itirib.