Ötən il yetkinlik yaşına çatmayanlar tərəfindən 472 cinayət törədilib Hadisə

Ötən il yetkinlik yaşına çatmayanlar tərəfindən 472 cinayət törədilib

Ötən il yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı məlum olub.

APA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə 14-17 yaşda olanlar tərəfindən 472 cinayət törədilib.

Bir ildə 285 yeniyetmə məhkum olunub. 2023-cü ildə bu rəqəm 310 olub.