Trump: Atəşkəsə nail olmasam, məyus olacağam Dünya

Trump: Atəşkəsə nail olmasam, məyus olacağam

ABŞ Prezidenti Donald Trump bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putinlə Ankoridcdə keçirəcəyi görüşdə Ukraynada atəşkəs barədə razılığa gələ bilməsə, çox məyus olacaq.

Xalqcebhesi.az xəbər verir ki, Trump bu açıqlamanı, Ağ Ev mətbuat xidmətinin jurnalistlərinin suallarını cavablandırarkən verib.

Görüşün uğurlu olub-olmaması ilə bağlı sualı cavablandıran Trump, bunun barədə "deyə bilmərəm" deyərək bildirib: "Hələ heç nə dəqiqləşməyib. Mən bəzi şeylər istəyirəm, atəşkəs istəyirəm, amma Avropa burada heç bir rol oynamır. Avropa mənə nə etməli olduğumu demir, amma əlbəttə ki, onlar da prosesə cəlb olunacaqlar, eynilə Zelenski kimi."

Trump əlavə edib: "Mən sürətli atəşkəs istəyirəm. Bilmirəm, bu gün baş verəcəkmi, amma bu baş verməsə, məyus olacağam."

Məryəm Quliyeva