18 Avqust 2025 08:02
2 506
ABŞ prezidenti Donald Tramp deyib ki, Vladimir Zelenski Krıma dair iddialarından və ölkənin NATO-ya daxil olması ideyasından əl çəkərək Ukraynadakı münaqişəni demək olar ki, dərhal həll edə bilər.
"Ukrayna prezidenti Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilər, ya da mübarizəni davam etdirə bilər. Hər şeyin necə başladığını xatırla. Bəzi şeylər heç vaxt dəyişməz”, o, Truth Social-da yazır.
Tramp əlavə edib ki, bazar ertəsi Ağ Ev üçün “böyük gün” olacaq, heç vaxt bu qədər Avropa lideri ABŞ prezidentinin iqamətgahını ziyarət etməmişdi.
Cavid