

16 Sentyabr 17:30
16 Sentyabr 17:18
Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ləğv edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın “Teleqram” kanalları məlumat yayıb.
Bildirilib ki, diaspor rəhbərinin RF pasportu ləğv edilib.
Onun 2000-ci illərdə Rusiya vətəndaşlığı əldə etdiyi qeyd olunub.
Qeyd edək ki, Bəxtiyar Həsənov 2022-ci ildə Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri seçilib.